Tənqid etdiyinə görə alim təhdid edilir - AMEA-da nə baş verir?
"Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası, xüsusən onun Nəsimi adına Dilçilik İnstitutundakı qanunsuzluqlarla bağlı feysbuk səhifəmdə etdiyim tənqidi paylaşımlarıma görə şəxsimə qarşı təzyiqlər artıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında AMEA-nın professoru, Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib.
O, bildirib ki, son zamanlar sosial şəbəkədə yazdığı haqlı tənqidlərə görə təhidlərlə məruz qalıb:
”Xaotik vəziyyətin hökm sürdüyü qurumda dünən fevral ayının 17-də günorta radələrində özünü polkovnik Mustafazadə kimi təqdim edən naməlum şəxs messencerimə səs yollayaraq mənimlə hədələyici tonda danışdı. O, ölkə Prezidentinin adı ilə manipulyasiya edərək siyasi, psixoloji şantajlar etməyə başladı.
"Polkovnik” ləqəbli şəxs məndən tələb edir ki, AMEA-nın prezidenti İsa Həbibəyli və Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli haqqında feysbukda yazdığım bütün yazıları, onun təbirincə desək, "şər və böhtanlar”ı dərhal silim və elmi işçilər qarşısında üzr istəyim. Bunun üçün naməlum şəxs mənə 3 gün vaxt verib. Özünü dövlət adamı, üstəlik, polkovnik kimi təqdim edən şəxsin qorxuducu tona malik səs yazısını eşidən ailə üzvlərim hələ də həyəcan və təşviş içindədir.
Mənim və ailə üzvlərimin başına bir iş gələrsə, cavabdehliyi AMEA prezidenti İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli daşıyacaqdır”.
121 dəfə oxundu