Azərbaycanda İlin İş Adamı seçildi

Azərbaycanda İlin İş Adamı seçildi

Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı” Müsabiqəsi başa çatıb.

Gundem.info.az xəbər verir ki, 20 fevralda JW Marriott Absheron otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi "Princeps Legem" şirkətinin rəhbəri Gülbəniz Məmmədova olub.

O, Azərbaycanı dünya üzrə “EY İlin İş Adamı” Müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 iştirakçı arasından seçilib.

Bundan başqa, "Spektr Group" şirkətinin rəhbəri Kamran Salayev “Sənaye lideri”, "Upsystems" şirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiya”, "Regional Hospital"ın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, "SDA Consulting" şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadın sahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...