"Qurumlar edilən xəbərdarlığa ciddi yanaşmadı" - Qarın gətirdiyi problemlər

"Qurumlar edilən xəbərdarlığa ciddi yanaşmadı" -

Bakı küçələrində qarlı havaların yaratdığı vəziyyət bütün sakinləri narahat edir. Sakinlər həmişə olduğu kimi bu il də qurumların qara hazırsız olduğunun şahidi oldular.

Havanın yaratdığı problemlərdən Qaynarinfo-ya danışan ekspert Elməddin Muradlı deyir ki, əvvəlki illərdə təmizlik işləri vaxtında aparıldığı halda, bu il aidiyyatı qurumların heç biri qarı ciddiyə almayıblar:

"Küçələrə köməkçi texnika göndərilməyib ki, vaxtında prosesə müdaxilə etsinlər. Qurumlar edilən xəbərdarlıqlara ciddi yanaşmayıblar. Vəziyyət belə bir formada üzə çıxdı. Təəssüf doğuran hal odur ki, hər il eyni problemlərlə qarşılaşırıq”.

Ekspert vurğulayıb ki, payız mövsümün sonlarında Bakı Şəhər İcra Hakimiyyəti qışa hazır olduğunu deyir:

"Texnikalarını nümayiş etdirlər ki, qışa hazırıq. Qarla mübarizəni bu səviyyədə aparacağıq. Amma Bakıya azca qar yağıb, onun da yaratdığı problemlərin qarşısını al bilmirlər. Bir-iki saat çəkmədi ki, dairəvi yollar buz bağladı, nə qədər hadisələr baş verdi, qəzaların şahidi olduq. Biabırçı hal budur. Hazırlıqsız görünürlər. Bu da hamını narahat edir, niyə hər il eyni vəziyyət təkrar olunur? Bunlar bilmir ki, ən çox hansı nöqtələr buz bağlayır? Hara daha çox kömək lazımdır? Bunu hamı yaxşı bilir, amma məsuliyyətsizdirlər. Gəlib bir nöqtədə texnika qoyub, şəkil çəkdirib və onu paylaşırlar. Bununla da iş başında olduğunu deyirlər. Əziyyət çəkən insanlardı”.

Elməddin Muradlı bu gün hamının sosial şəbəkələrdə qarın gətirdiyi problemdən yazdığını dilə gətirib:

"Aidiyyatı qurumları məsuliyyətsizlikdə günahlandırır. Bütün aidiyyatı qurumlar deyir ki, işçilərimiz küçələrdə iş başındadırlar. O zaman sual olunur, insanlar niyə narazıdır? Belə çıxır ki, ya vətəndaş, ya da qurumlar yalan danışır. Təcrübə sübut edir ki, qurumlar yalan danışmaqla məşğuldurlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
94 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...