“Tarqovu”dakı “KFC” restoranı bağlanır

“Tarqovu”dakı “KFC” restoranı bağlanır
Fəvvarələr Meydanındakı “KFC” restoranı bağlanır.

Gundem.info.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə restoranın yaydığı açıqlamada bildirilir.

Açıqlamada restoranın bağlanmasının müvəqqəti xarakter daşıdığı və yeniləndikdən sonra fəaliyyət göstərəcəyi bildirilib.

Belə ki, bağlanma səbəbinin restoranın daha rahat və müasirləşdirilməsi ilə əlaqədar olduğu qeyd edilib. İaşə müəssisəsi yeniləndikdən sonra müştərilərin yolunu gözlədiyini açıqlayıb.

Qeyd edək ki, Colonel Harland Sanders tərəfindən qurulmuş Kentucky Fried Chicken və ya qısaca “KFC” kimi tanınan restoran şəbəkəsi ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində yerləşən fast-food restoranlar şəbəkəsidir. İlk restoranı 1952-ci ildə açılan KFC dünyanın ən böyük ikinci restoran şəbəkəsidir. Onun dünyanın 140-dan çox ölkə və regionunda təxminən 24.000 restoranı fəaliyyət göstərir.

Azərbaycanda KFC 2012-ci ildə paytaxt Bakıda açılıb və dünyanın ən böyük KFC restoranı olaraq xidmət göstərməyə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...