“FOSTER APC“ şirkəti qanunsuz işçi çalışdırır? - VİDEO

“FOSTER APC“ şirkəti qanunsuz işçi çalışdırır? -
Bakıda bir qrup şəxs qanunsuz işdən çıxarıldıqlarını və əmək müqaviləsi olmadan çalışdıqlarını üçün şikayətçidir.

Onlar Atyalı qəsəbəsində Avrora şirkətinə aid olan istehsalat sahəsinin tikintisində çalışdıqlarını deyirlər.

Şikayətçilər tikinti işlərini aparan AED şirkətinin onları xəbərdar etmədən işdən çıxardığını, işçilərin əmək müqaviləsi olmadan çalışdırıldıqlarını bildirirlər.

Hüquqlarının pozulduğu iddia edən ustalar Dövlət Əmək Müfəttişliyi Xİdmətinə şikayət ediblər.

Qeyd edək ki, tikinti ərazisindən videosüjet hazırlanarkən inşaat aparılan ərazidə çalışan işçilər tərəfindən məlumat löhvələri sökülüb.

Sökülən məlumat löhvəsində "FOSTER APC" Məhdud Məsuliyyətli Cəmiyyətinin yazılıb.

"FOSTER APC" MMC 2022-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Muştava Navaz, hüquqi ünvanı isə Nərimanov rayonu, Həsən Əliyev küçəsi ev 127, mənzil 20 ünvanıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...