Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı
Avropalı rəsmilərin dərhal İrəvanda peyda olması maraqlı gəlişmədir; Qərbin bu tələsik addımının səbəbi açıqlandı
“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildikdən dərhal sonra Brüsseldən böyük bir nümayəndə heyəti İrəvanda peyda olub. Avropa İttifaqı nümayəndə heyətinə Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun, Genişləndirilmiş Qonşuluq Danışıqları üzrə Baş Direktorluğunun, Avropa Xarici Fəaliyyət Xidmətinin və “Frontex”in sərhəd və sahil mühafizə xidmətinin nümayəndələri daxil olub.
“Yeni Müsavat” yada salır ki, Ermənistan parlamentində 63 nəfər sənədin “lehinə”, 7 nəfər “əleyhinə” səs verib, müxalifət isə prosesi boykot edib. Sabiq prezident Robert Köçəryanın “Hayastan” fraksiyası səsvermədə bitərəf qalıb. Blok üzvü Kristine Vardanyan bunu onun təşkilatının Avropa İttifaqına və Avropaya inteqrasiya tərəfdarlarına qarşı çıxmaq istəməməsi ilə izah edib.
Avropa heç bir quru sərhədi olmayan, imkanları məhdud, təbii resursları zəif, hər il dövlət borcu artan, ixrac üçün dünya standartlarına uyğun olmayan, iqtisadiyyatı Rusiyanın monopoliyasında can verən Ermənistanın bu quruma üzvlük perspektivinə inam yoxdur. Amma Aİ rəsmilərinin dərhal İrəvanda peyda olması maraqlı gəlişmədir. Ola bilsin ki, ermənilərin ən böyük arzusu - Avropada yaşamaq və işləmək hüququ verə biləcəyi ilə Ermənistanı həvəsləndirsinlər.
Ermənistan hökumətinin qərarını bundan əvvəl şərh edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Rusiya qanun layihəsinin müzakirəsinə İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi baxır, İrəvanın “Titanik”ə bilet almaq qərarını müqayisə edir. Overçukun açıqlamasını açıq-aşkar təhdid kimi də qəbul edilə bilər. Çünki Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurma halında enerji və ərzaq, xüsusən də buğda qiymətlərində ciddi artım müşahidə ediləcək. Rusiyanın qəzəb faktorundan əlavə, İran məsələsini də unutmaq lazım deyil. Hazırda Ermənistanın etibarlı tərəfdaşı sayılan rəsmi Tehran da İrəvanın Aİ-yə üzvlük perspektivinə isti yanaşmır.
132 dəfə oxundu