AB Ukraynaya silah alır - Makron isə imtina etdi

AB Ukraynaya silah alır -
Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən alınaraq, Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalını təşviq etməsini müdafiə edir. Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, - mənbə bildirib.

Qeyd edək ki, 14 iyulda ABŞ lideri Donald Tramp NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında Avropanın maliyyəsi hesabına ABŞ silahlarının Ukraynaya tədarük ediləcəyini elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...