Yanvarda Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub

2025-ci ilin yanvarında Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub.

Bu barədə “Report”un yerli bürosu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir.

Statistikaya görə, Gürcüstanın ümumi ixracı 19,3 % artaraq 403,9 milyon ABŞ dollarına çatıb. Azərbaycanın Gürcüstandan idxalı isə 46,2 milyon dollar təşkil edib.

Ümumilikdə, 2025-ci ilin yanvar ayında Gürcüstanın ixracında MDB-nin payı 64,2 % təşkil edib.

Bununla yanaşı, Gürcüstanın bəzi əsas ixrac bazarlarına – Rusiya, Türkiyə və Çinə satışlar azalıb. Əvəzində Azərbaycan Gürcüstan məhsulları üçün sabit bazarlardan biri olaraq qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...