Feyziyevə 2 milyon “atan” şəxsin bəraəti ləğv edildi

Feyziyevə 2 milyon “atan” şəxsin bəraəti ləğv edildi
Məşhur “Clear” hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin 2 milyonluq işi yenidən araşdırılacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib.

Feyziyev cinayət işi üzrə zərərçəkmişdir. İttihama görə, o, Dubayda iş qurmaq vədi verən Elşən İsmayılova aldanıb. Nəticədə 2,5 milyonunu itirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ittihamı təsdiq edərək E.İsmayılovu 10 il həbs cəzasına məhkum edib. Amma Bakı Apellyasiya Məhkəməsi hökmü qanunsuz hesab edib. Elşən bəraət alaraq azadlığa çıxıb.

Bu qərər isə prokuroru narazı salıb. Bir müddət sonra kassasiya şikayəti verilib. Yüksək instansiya məhkəməsi bəraət almış şəxsin əməlinə düzgün qiymət verilmədiyi qənaətinə gəlib. Bəraət qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişə və ya qüvvədə saxlaya da bilər.

Qeyd edək ki, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıdakı “Clear” və “İron” hotellərin sahibi olublar. Həmçinin qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN (red: ləğv edilib) tərəfindən tutulub, sonradan azadlığa buraxılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...