Ukrayna rus qazının nəqlini dayandırır

Ukrayna rus qazının nəqlini dayandırır

Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-də səhər saatlarında müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar dayandırılacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal Ali Radada çıxışında deyib.

“Qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də tranzit bu müqavilənin ləğvi ilə əlaqədar fiziki olaraq dayandırılacaq”, - Şmıqal bildirib.

Qeyd edək ki, Ukraynanın “Naftoqaz” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb. Rusiya Avropaya qazı Ukrayna ərazisi ilə tədarük edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...