Ən çox qızıl alan 5-ci dövlətik - Bu doğru qərardır?

Ən çox qızıl alan 5-ci dövlətik -
Azərbaycan ən çox qızıl alan 5-ci ölkədir. 2024-cü ilin ilk 3 rübündə dünyada ən çox qızıl alan ölkələrin stastistikası açıqlanıb.
Ümumdünya Qızıl Şurası (World Gold Council) ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fonduna (BVF) təqdim edib. Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında yer alıb. Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər 9,7 ton qızıl alıb.

Azərbaycan dünyada ən çox qızıl alan ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Bu çox sevindirici haldır.

Qızıl hər zaman sabit dəyər yaratma vasitəsi hesab edilir. Dövlətlər öz valyuta ehtiyatlarını diversifikasiya etmək (tək bir valyutadan asılı qalmamaq) üçün qızıl alırlar. Adətən iqtisadi qeyri-sabitlik dövrlərində qızıl almaq vacibdir.

Dünyada baş verən infilyasiya risklərindən qorunmaq üçün qızıl almaq ən doğru qərardır. Dünyada qəbul edilmiş norma var - pulun dəyəri inflyasiya ilə azala bilər, lakin qızılın dəyəri tarixi olaraq sabit qalır və hətta artır.

Geosiyasi gərginliklər və müharibə riskləri zamanı qızılın dəyəri artır. Dövlətlər belə dövrlərdə qızıl ehtiyatlarını artırmaqla iqtisadi təhlükəsizliklərini təmin edirlər.
Qızıl ehtiyatlarının gücləndirilməsi eyni zamanda milli valyutanın da dəyər itirmə risklərinə qarşı effektiv sığortadır. Qızıl beynəlxalq ticarətdə etibarlı ehtiyat hesab edilir.
Qızıl strateji aktiv hesab olunur. Maliyyə bazarlarında baş verən gözlənilməz şoklar zamanı dövlətlər qızıldan istifadə edərək iqtisadiyyatlarını dəstəkləyirlər.
Yaxın aylarda dünya bazarlarında neftin dəyər itirməsi gözləniləndir. Çünki ABŞ neft hasilatını artıracağını bəyan edib. Trampın prezidentlik səlahiyyətləri başlayandan sonra neft qiymətlərinin aşağı düşməsi gözləniləndir. Eyni zamanda Bayden son imkanlarından da istifadə etməklə Yaxın Şərqdə (Suriyada) gərginlik yaratmaq istəyir. Səbəb sadədir. Suriyada baş verənlər iki vacib neft ölkəsinə təsir edir - İran və Rusiya.

Deməli Bayden komandası son çabalarını göstərir. Böyük ehtimalla yanvardan sonra Suuuriyada da vəziyyət stabilləşəcək.

Bir az da sadə ifadə edim Putin Astanada Qazaxısatanı "rusdilli ölkə" adlandırıb. Bu cəsarəti Putin hardan alır? Bəllidir. Tramp gəlir.

Deməli dünya savaşlardan rahatlayıb yenidən sabit iqtisadiyyata keçəcək. İki qlobal gücdən biri bunu istəmir. Savaş istəyənlər gedir. Sabit və "Hər şey Amerika üçün" devizinin daşıyıcıları isə yanvardan iqtidara gəlirlər. Daha doğrusu Dünyanı idarə etməyə.

Beləcə neft ölkəsi olan Azərbaycan üçün həm indiki savaşlar dönəmində, həm də sonrakı sabitllik və ucuz neft erası dövründə qızıl ehtiyatları vacib strateji rol oynayacaq.

Əlbəttə ki, Azərbaycanın qızıl alması da doğru qərardır.

"EconomX" Analitik Mərkəz



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...