Azərbaycan hərbi büdcəsini artırdı, nə zərurət var idi? "EconomX"

Azərbaycan hərbi büdcəsini artırdı, nə zərurət var idi?
Yaşadığımız region çox həssas və gərgindir.

Həm Cənubi və Şimali Qafqaz, həm də ətraf Yaxın Şərq barıt çəlləyidir sanki.

Bu bölgədə azca zəif olmaq, yeni hərbi imkanlara sahib olmamaq, dövlət üçün hər an təhlükə deməkdir.

Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ilin büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bütün dünya dövlətləri son 10 ildə hərbi potensialnı artırmaq üçün əlavə vəsaitlər ayırır.

Gəlin konkret rəqəmlərə diqqət edək:

Son 5 ildə dünya üzrə hərbi xərclər sürətlə artıb. Əsas artımlar aşağıdakı ölkələrdə müşahidə edilib:

- ABŞ: Dünyanın ən çox hərbi xərcləri olan ölkəsi olaraq, 2023-cü ildə xərclərini 2.3% artıraraq 916 milyard dollara çatdırıb​.

- Çin: Xərclərini 6% artıraraq 296 milyard dollara çatdırıb. Bu, Çinin 29-cu il ardıcıl hərbi büdcəsini artırdığını göstərir​.
.
- Rusiya: Ukrayna ilə müharibə fonunda 2023-cü ildə xərclərini 24% artıraraq 109 milyard dollara çatdırıb.

- Ukrayna: 2023-cü ildə xərclərini 51% artıraraq 64.8 milyard dollara yüksəldib. Bu, ölkə ÜDM-nin 37%-ni təşkil edir​.

- Hindistan: 2023-cü ildə hərbi xərcləri 83.6 milyard dollara çatıb və bu, əvvəlki ilə nisbətən 4.2% artım deməkdir​.
.
- Polşa: Avropada ən böyük artımı göstərən ölkələrdən biri kimi, hərbi xərclərini 2022-ci ilə nisbətən 2023-cü ildə 75% artıraraq 31.6 milyard dollara çatdırıb​.
.
- Fransa: 2024-cü ildən başlayaraq, Fransa hərbi büdcəsini böyük bir artımla 413 milyard avroya yüksəltməyi planlaşdırır. Bu büdcə, 2024-2030-cu illər ərzində ölkənin silahlı qüvvələrinin modernizasiyasına yönələcək və əvvəlki 295 milyard avroluq büdcəni əvəz edəcək. Bu artım əsasən hava müdafiəsi, dron texnologiyası və kiber təhlükəsizlik sahələrini gücləndirmək məqsədi daşıyır.

- Böyük Britaniya: 2024-cü ildə hərbi xərclərini artıraraq 51 milyard funt sterlinqə çatdırıb və 2026-cı ilə qədər ÜDM-in 2.5%-nə, 2030-cu ilə qədər isə 3%-ə çatdırmağı hədəfləyir. Uzunmüddətli hədəf bu xərcləri təxminən 100 milyard funt sterlinqə qədər artırmaqdır​.

Qlobal hərbi xərclərin artışı əsasən Ukrayna-Rusiya müharibəsi və Çinin hərbi modernizasiyası ilə əlaqəlidir. Dünya üzrə ümumi hərbi xərclər 2023-cü ildə rekord səviyyəyə - 2.4 trilyon dollara çatıb​.

2023-cü ildə Azərbaycanın ÜDM-in həcmi 123 milyard manat olub. Bu isə o deməkdir ki, Azərbaycanın hərbi xərcləri ÜDM-in 6.5 faizini təşkil edir.

Regionda ən çox hərbi xərcləri artıran dövlət isə İrandır. 2023-cü ildə İranın hərbi xərcləri dövlət büdcəsinin təxminən 25%-ni təşkil edib. İranın müdafiə büdcəsi 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb, 10.3 milyard dollara çatıb. İranın hərbi büdcəsini 2024-cü ildə də artaraq 16.7 milyard dollara çatdırıb.

İranın 2023-cü ildə ÜDM-i təxminən 368.5 milyard ABŞ dolları olub, 10.3 milyard dollarlıq hərbi büdcə isə ÜDM-in təxminən 2.8%-ini təşkil edir.

Bütövlükdə isə bütün dünyada hərbi xərclərin artımı baş verir.

Hərbi xərclərin artması dövlətlərin təbii müdafiə instinkti olsa da, qlobal silahlanma artıq əsas təhlükəsizlik şərtinə çevrilib.

30 ilə yaxın ərazisi işğal altında olan Azərbaycan hazırda silahlanmaya xüsusi diqqət ayıran və regionda sülhün bərqərar olmasına ən çox maneə yaradan Ermənistanla qonşudur.

Zamanla Ermənistanda revanşist qvvələrin baş qaldırması, bu istiqamətdə azalmayan meyillər, əlbəttə ki, Azərbaycanın da öz təhlükəsizlik və müdafiə xərclərini artırmasını şərtləndirir.

Bu baxımdan da 2025-ci ildə gözlənilən hərbi və təhlükəsizlik xərclərinin artırıllması arzuolunan əsas məqamdır. Bu eyni zamanda Azərbaycanın suverenliyi üçün ən vacib amildir.


"EconomX"
Analatik Ekspert Qrupu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...