Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ - Asəf Quliyev necə idarə rəisi oldu?

Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ -
Son aylar Dövlət Su Ehtiyatları Agentliyində böyük kadr islahatları həyata keçirilib və Agentliyin sədri demək olar ki, 90% idarə müdirlərini dəyişib...

Poliqon xəbər verir ki, son günlər Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatlarında qurumun nəzdində fəaliyyət göstərən 100-lə idarənin rəhbər şəxslərinin böyük hissəsi işdən çıxarılıb, bir hissəsinin isə yeri dəyişdirilib.

Normalda Zaur Mikayılovun apardığı bu kadr islahatlarını alqışlamaq gərəkir, çünki Dövlət Su Ehtiyatları Agentliyinin nəzdindəki çox saylı idarələrdə əsasən Əhməd Əhmədzadənin, Qorxmaz Hüseynovun və hətta sabiq spiker Oqtay Əsədovun dönəmindən qalan və bəziləri bu sistemdə 25-30 ildən artıq çalışan idarə müdirlər çalışırdılar. Yaşadığımız son 25-30 ildə isə bu müdirlərin əsas işi dövlətin ayırdığı büdcə pullarını mənimsəmək olub.

Ona görə də ilk baxışda Zaur Mikayılovun bu kadr islahatları əsasən təqdirə layiqdir. Lakin bu isalahatların nə qədər nöqsansız olması da vacib məsələdir ki, rayonlardan aldığımız məlumatlara görə, bu islahatlar daha çox nöqsanları ilə diqqəti cəlb edir.

Hər şeydən əvvəl, əldə etdiyimiz məlumatlara görə Zaur Mikayılov kadr islahatı zamanı peşəkarlığa deyil, ona və yaxın ətrafında olan adamlarla münasibətdə olan insanlara üstünlük verir. Son təyinatlardan görünən odur ki, Dövlət Su Ehtiyatları Agentliyində vəzifəyə gətirilənlərin böyük əksəriyyəti sahəyə yad olan və sektorda heç bir zaman çalışmayan adamlardır. Onların arasında hətta orta məktəb müəllimləri də var.

Əslində bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. İndi isə Zaur Mikayılovun ən son təyinatlarından biri haqqında danışacağıq. Söhbət Ağcabədi Suvarma Siastemləri İdarəsinin rəisi təyin edilən Asəf Quliyevdən gedir.

Poliqon-nun əldə etdiyi məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mİkayılovun əmri ilə Ağcabədi Suvarma Sistemlərinə rəis təyin edilən Asəf Quliyevdə kənardan gəlmə kadrlardan biridir. Aldığımız məlumata görə Asəf Quliyev uzun müddət Ağcabədi şəhər Yaşıllaşdırma Sahəsinin rəisi işləyib. 2023-cü ildə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarılıbb və daha sonra "MKT İstehsalat Kommersiya" MMC-nin Ağcabədi filialında rəhbər işləyib. Rəis vəzifəsinə tyəyinat almamışdan 2 ay qabaq isə Dövlət Su Ehtiyatları Agentliyində işləməyə başlayıb. Su meliorasiya sisteminə yad bir şəxs olan Asəf Quliyevin qəflətən Ağcabədi Suvarma Sistemlərinə rəis təyin edilməsində maraqlı şəxslərin olduğu bildirilir. Belə ki, Asəf Quliyevin Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə həmyerlisi olan və hazırda Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti” Publik Hüquqi Şəxsin direktoru Samir Məmmədovun köməyi ilə təyin edilib. Qeyd edək ki, Samir Məmmədov Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mİkayılovun ən yaxın adamlarından biri hesab olunur.



Məlumatda bildirilir ki, Asəf Quliyev idarə rəisi təyin edildikdən sonra idarənin çoxlu sayda işçisinin işdən azad edib. Əldə etdiyimiz məlumata görə işə gəlməyən işçilərin (ölü can) işdən çıxarılması ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən idarələrə 22 faizlik kovata qoyulub. Hazırda Ağcabədi Suvarma Sistemləri İdarəsinin 800-ə yaxın işçisi var. Asəf Quliyev isə 22 faizlik kvotanı keçərək 250-yə qədər şəxsi işdən azad edib.

Bu barədə idarədə çalışan işçilərin bir neçəsi şikayətində bildiriblər ki, pensiya yaşlarına az qalmış bir zamanda işdən azad ediliblər. Səbəb isə mərkəzdən gələn ““ölü can”ların ixtisar olunması” ilə bağlı tapşırıq göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi, yeni təyin olunan müdir Asəf Quliyev rəhbərliyin qoyduğu kvotanı aşıb. Bunda məqsəd isə işdən çıxarılan adamların yerinə yenilərini götürməkdir. Rayonlarda isə insanların işə necə götürüldükləri sirr deyil.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon Ağcabədi Suvarma Siastemləri İdarəsinə sorğu ilə müraciət etsə də, sorğumuza cavab ala bilməmişik.

Bütün halalrda Dövlət Su Ehtiyatları Agentliyinin də bu iddilarla bağlı mövqeyini dərc etməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...