Zaxarova erməni jurnalistə: “Xankəndi Azərbaycandır”

Zaxarova erməni jurnalistə: “Xankəndi Azərbaycandır”
“Xankəndi Azərbaycan ərazisidir”.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü, oktyabrın 16-da həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova erməni jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində guya tarixi məhəllələrin dağıdılması ilə bağlı təxribat xarakterli sualına cavab verərkən deyib.

“Mən başa düşdüyümə görə, burada söhbət Azərbaycan ərazisindən gedir”, - Rusiyanın rəsmi nümayəndəsi bildirib.

M.Zaxarova onu da xüsusilə qeyd edib ki, mədəniyyət abidələrindən söhbət gedəndə belə məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar var və onlara müraciət etmək olar.

“Müxtəlif sahələrdə ölkələrlə əməkdaşlıq edən UNESCO var, bu sualı qətiyyən bizə ünvanlamaq olmaz”, - deyə M.Zaxarova qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...