Məşhur aktrisanın aldığı tumdan siqaret kötüyü çıxdı - FOTO

Məşhur aktrisanın aldığı tumdan siqaret kötüyü çıxdı -
Bakıda satışda olan günəbaxan tumunun içərisindən siqaret kötüyü çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə gənc aktrisa Ləman Mərrih öz sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Ləman Mərrih marketlərin birindən aldığı "Çiko" günəbaxan tumunun paketini açarkən içindən siqaret kötüyü çıxdığını iddia edib:

"Belə bir şey paylaşmaq istəməzdim, amma düşünürəm ki, artıq bu qədər də olmaz. Bu tumların içindən hər gün ya daş, ya da daşlaşmış topa duz çıxır. Bu gün isə içindən siqaret kötüyü çıxıb. Bu tumlar birbaşa yuyulmadan istehlakçının ağzına gedir, siz nə edirsiniz?

Artıq nə almaq, kimə güvənmək lazım olduğunu bilmirəm".


Məşhur aktrisanın aldığı tumdan siqaret kötüyü çıxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...