Tayvan sahillərində yük gəmisi batdı: Çox sayda dənizçi itkin düşdü

Tayvan sahillərində yük gəmisi batdı:
Panama bayraqlı yük gəmisi Tayvan sahillərində batıb. Buna “Nalqau” tropik fırtınasının dənizdə yaratdığı tufan səbəb olub.

Hadisə zamanı beş nəfər xilas edilib, 12 nəfər itkin düşüb.

Sement daşıyan yük gəmisi “Shin Shuen No.1” güclü dalğalarla toqquşub, onun əsas mühərriki sıradan çıxıb.

Əraziyə iki “Black Hawk” helikopteri göndərilib və İndoneziyadan olan üç ekipaj üzvü müalicə üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Gəmidə qalan 17 ekipaj üzvü gəmini tərk edib. Bundan sonra isə gəmi batıb.

Mənbə: Mk.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...