"Deputat xortdan deyil, istəmirsiz, səs verməyin"

  "Deputat xortdan deyil, istəmirsiz, səs verməyin"
“Ölkədə bütün təbəqələrdə maaş artımı gedir, niyə yalnız deputat gözünüzə görünür?”
Yeniavaz.com xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas deputatların maaş artımını dəstəkləyən qanun layihəsi ilə bağlı Meydan TV-yə danışarkən deyib.
"Mənə gələn mesajları oxuyum sizə? İnsanlar deputatlardan nələr xahiş edir. Xəstəsi olan var, filan var. Deputat aldığı maaşı heç evinə apara bilmir. Deputat elə bil xortdandır. Deputat xortdan deyil, millət vəkilləri sizdən biridir. İstəmirsiz, səs verməyin", - deyə Aqil Abbas bildirib.
Qeyd edək ki, millət vəkillərinin maaş artımını dəstəkləyən qanun layihəsi iyunun 22-də Milli Məclisdə birinci oxunuşdan keçib. Qanun layihəsi qəbul olunarsa Milli Məclisdə heç bir inzibati vəzifə tutmayan deputatların da aylıq gəlirləri ikiqat artmış olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...