“MTN-də həbslər davam edəcək" Mədət Quliyev

“MTN-də həbslər davam edəcək"


Milli Təhlükəsiz Nazirliyində ixtisarlar davam edəcək.

Trend-in məlumatına görə, bunu Milli təhlükəsiz nazir səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirb. M.Quliyev deyib ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: “Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkilolunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır”.

M.Quliyev bildirib ki, ixtisarlar artıq olub: "Mənim işlədiyim müddətdə 250-dən artıq yararsız əməkdaş MTN-dən xaric olunub. MTN-ə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etditilir. Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunur. Bu iş davam etdirilir, hər bir cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...