OPEk-in qərarı nefti bir qədər də ucuzlaşdırdı

OPEk-in qərarı nefti bir qədər də ucuzlaşdırdı


Ötən gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) 168-ci toplantısı keçirilib.

Konfransda bir sıra cari məsələlərə baxılıb və təşkilatın yeni rəhbərliyi seçilib. Qətər Əmirliyinin energetika və sənaye naziri Mohammed bin Saleh əl-Sada bir il müddətinə OPEK Konfransının prezidenti, Səudiyyə Ərəbstanı Krallığının neft və təbii sərvətlər naziri Əli əl-Naimi əvəzedici prezident seçilib. Səlahiyyət müddəti başa çatmış baş katib Abdalla Salem əl-Badrinin növbəti ilin iyun ayında yeni baş katib seçilənədək vəzifəsini icra etməsi barədə qərar qəbul edilib. Konfransda əsas mövzu kartelin neft hasilatı siyasəti və gündəlik neft hasilatının həcmində dəyişiklik aparmaq olub.

Yığıncaqdan əvvəl dünya bazarlarında xam neftin qiymətlərinin düşməsi fonunda OPEK-in də gündəlik neft hasilatını azaldacağı ehtimal olunurdu. Konfransın gedişində bir sıra mətbu orqanları OPEK təmsilçilərinə istinadla kartelin gündəlik neft hasilatının həcmini 1,5 milyon barrel artırmaq qərarı xəbərini tirajlayıb. Lakin bu xəbər konfransın yekun press-relizində öz əksini tapmayıb. Konfransdan sonra təşkilatın baş katibi Abdalla Salem əl-Badri mətbuata açıqlamasında neft istehsalının gündəlik kvotası ilə bağlı qərarın gələn ilədək təxirə salındığını bildirib.

OPEK-in istehsalın həcmini artırması barədə şayiələr dünya bazarlarında neftin qiymətinə təsirsiz ötüşməyib. Belə ki, “Brent” markalı neftin qiyməti 1,9 faiz ucuzlaşaraq 43,04 ABŞ dolları olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...