"Azəryolservis" yollardakı vəziyyətlə bağlı günahı "Azərsu"nun üstünə atdı

 "Azəryolservis" yollardakı vəziyyətlə bağlı günahı "Azərsu"nun üstünə atdı


"Paytaxt yollarında yağış-kanalizasiya sistemi qurulub və bu sistemdə heç bir problem yoxdur".

Bunu Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli yağan güclü yağışdan sonra Bakı və ətraf qəsəbələrdə bir çox yolların su basmasına münasibət bildirərkən deyib. "Sadəcə kanalizasiya sistemində müəyyən problemlər var. Həmin sistemin yağış sularını ötürməyə gücü çatmır, nəticə yağış suları yenidən yola qayıdır. Bu isə yollarda gölməçələrin yaranmasına səbəb olur", - deyə qurum rəsmisi bildirib.

A. Nəcəfli baş vermiş bu cür hadisələrin qarşısını almaq, yaranmış problemləri aradan qaldırmaq üçün aidiyyatı qurumlarla birlikdə işlərə başlamaq niyyətində olduqlarını bildirib. "Azərsu" ASC-nin Mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...