Rusiya Türkmən dağını bombaladı – Çoxlu sayda ölü və yaralı var

Rusiya Türkmən dağını bombaladı –


Rusiya Türkmən dağını bombalamağa başlayıb.

AzNews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, noyabrın 24-də SU-24-ün vurulmasından sonra Rusiya ilk dəfə olaraq Türkmən dağına hava hücumu təşkil edib. Künsübbə qəsəbəsi başda olmaqla bir çox nöqtə Rusiya təyyarələri tərəfindən vurulub. Çoxlu sayda ölü və yaralının olduğu bildirilir. Hücum sonrası bölgəyə təcili yardım maşınları gəlib.

Hazırda Rusiya təyyarələri Bayırbucak bölgəsində olan Qaramanlı, Gəbər və Kinsibbə kəndləri üzərindən uçuşlarını davam etdirir. Bayırbucak bölgəsinə qonşu Kürd Dağı da bu səhərdən etibarən vurulan hədəflər arasındadır. Rusiya təyyarələrinin Türkmən dağını bombalaması Türkiyə ilə Rusiya arasında yeni bir münaqişənin yaranmasına şərait yaradır. Siyasətçilər vəziyyətin növbəti dəfə pisləşməsi ehtimalının yüksək olduğunu bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...