Qurbanov “Tottenhem”lə oyunu belə şərh etdi
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti turunda təmsilçimiz “Qarabağ” “Tottenhem”lə qarşılaşıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra “Qarabağ”ın baş mәşqçisi Qurban Qurbanov jurnalistərin suallarını cavabandırıb:
“İstәmәzdik ki, evdәki son oyunu uduzaq. Tәәssüf ki, belә alındı. Fәrqli oyun tәrzindә oynadıq. Alındı. Amma qәlәbә olmadı. Komandamdan razıyam. Ustalıq sәviyyәsi yüksәk olan komandaya qarşı oynadıq. Azarkeşlәrә dә tәşәkkür edirәm.
- Ötәn mövsümlә müqayisәdә bu il daha tәcrübәli komandayıq. Şansımız hәlә dә qalır...
- Razıyam. Bu gün dә qәlәbә qazanmaq istәyirdik. Tәcrübәmiz artır amma bәzәn istәdiyimiz kimi 90 dәqiqә oynaya bilmirik. Müxtәlif ölkәlәrin komandaları ilә oynayırıq. Mәsәlәn, "Tottenhem"dәn dә çox şey öyrәndik. Tәcrübәyә gәlincә, buna 1-2 il kifayәt etmәz. Belә böyük komandalara qarşı oynamaq üçün illәrlә tәcrübә yığmaq lazımdır.
- Ümid varmı?
- Hә desәm dә, yalan olar, yox desәm dә. Çox çәtindir.
- Biz "Qarabağ"dan çox şey gözlәyirik?
- Bu mәni sevindirir. Düzdü, rәqiblәrimiz güclüdür. Amma istәklә oynayanda nәticә qazanmaq olur. Siz düz edirsiz. Başqa cür inkişaf etmәk olmaz.
- Nәticә oyuna görә oldu?
- Qol vurmaq şansımız var idi. Amma istifadә edә bilmәdik. Rәqib güclü idi. Nәticә oyuna görә oldu.
1051 dəfə oxundu