Dünyanın ən çox silah alan ölkələri -

Dünyanın ən çox silah alan ölkələri -


Dünyanın müxtəlif bölgələrindəki hərbi münaqişələr İngiltərə və ABŞ-ın silah şirkətlərini fantastik dərəcədə zənginləşdirib.

İngiltərə son beş ildə silah satışından 32 milyard dollarlıq gəlir əldə edib. Bunu Mərkəzi Londonda yerləşən “Silah Ticarəti Əleyhinə Kampaniya” adlı qeyri-hökumət təşkilatı bildirib. Sənəddə bildirilir ki, İngiltərə 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər bütün dünyaya təxminən 32 milyard dollarlıq silah ixrac edib. Təşkilatın sözçüsü Endryu Smitin fikrincə, İngiltərə xarici siyasətində səmimi deyil: “Hökumət insan haqlarından danışır, amma dünyanın müxtəlif bölgələrində insan haqlarını pozanları silahlandırır”.

Təşkilatın hazırladığı sənəddə ən çox silah satan ABŞ şirkətlərinin də adları çəkilir. Bunlar “Northrop Grumman” , “Lockheed Martin”, “Raytheon” , “ Boeing” və “General Dynamics” şirkətləridir.

AzVision.az modern.az-a istinadən Yaxın Şərq və Şimali Afrika ölkələrinə edilən silah ixracının 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər olan siyahısını təqdim edir:

Liviya - 35 milyon funt-sterlinq

İsrail - 56 milyon funt-sterlinq

Misir - 128 milyon funt-sterlinq

Küveyt - 59 milyon funt-sterlinq

Pakistan - 117 milyon funt-sterlinq

Nigeriya - 80 milyon funt-sterlinq

Səudiyyə Ərəbistanı - 5,6 milyard funt-sterlinq

Birləşmiş Ərəb Əmirlikləri - 338 milyon funt-sterlinq

Yəmən - 948 milyon funt-sterlinq

Bəhreyn - 36 milyon funt-sterlinq

Qətər - 117 milyon funt-sterlinq

Əlcəzair - 280 milyon funt-sterlinq



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...