Ermənistanın işğalı nəticəsində Azərbaycana 818 milyard dollardan çox ziyan dəyib
Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu “Silahlı erməni təcavüzü: itki və tələfatlarımız” mövzusunda hesabatın təqdimatını keçirib.
APA-nın məlumatına görə, öncə ermənilərin törədikləri vəhşilikləri, qətliamları və talanları əks etdirən sənədli film nümayiş etdirilib.
İşçi qrupun sədri Xanhüseyn Kazımlı deyib ki, qrupun apardığı işdə əsas məqsəd torpaqlar işğaldan azad edildikdən sonra işğalçıdan dəymiş ziyanın ödənilməsi, kompensasiya tələb edilməsi, bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasıdır. Qeyd edilib ki, qrupun indiyə qədər apardığı hesablama nəticəsində Azərbaycan torpaqlarının işğalı nəticəsində əhaliyə 147,80 milyard, dövlətə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, ümumilikdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəyə 818, 88 milyard dollar ziyan dəyib.
İşçi qrup dəymiş ziyanın hesablanması istiqamətində işi davam etdirir.
942 dəfə oxundu