Rektor Əhməd Vəliyev Eldar Mahmudovla əlaqəsindən danışdı

Rektor Əhməd Vəliyev Eldar Mahmudovla əlaqəsindən danışdı


Bəzi KİV-lər "Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayıb

Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev isə Modern.az-a açıqlamasında bildirib ki, "Muğanbank” onun üçün kənar bankdır.

"Bankın saytında ona kimlərin rəhbərlik etdiyi yazılıb. Orada mənim adım yoxdur. "Odlar Yurdu” Universitetinin bank hesabına gəldikdə, bu, "Muğanbank” və ya başqa bankalarda ola bilər. Bankın mənim Eldar Mahmudovla şərikli müəssisəm olmağı haqqında yazılanlar yalan informasiyadır. Kimlərsə yalan məmulatlar yaymaqla məşğuldurlar. Heç kimin yalan informasiya verməyə mənəvi haqqı yoxdur. Bir az diqqətli və ehtiyatlı olmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...