Ukraynanın daxili işlər naziri vəzifəsinə namizəd açıqlandı

Ukraynanın daxili işlər naziri vəzifəsinə namizəd açıqlandı

“Xalqın xidmətçisi” (“Sluqa naroda”) partiyası ölkənin daxili işlər naziri vəzifəsinə deputat, hüquq-mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastırskinin namizəddliyini irəli sürəcəyini açıqlayıb.

Gundeminfo.az-ın məlumatına görə, bu barədə fraksiyanın deputatı Aleksandr Kaçura Tvitter səhifəsində yazıb. O bildirib ki, prezident və baş nazirin iştirakı ilə fraksiyanın iclası başlayıb. Prezident Vladimir Zelenski daxili işlər naziri vəzifəsinə Denis Monastırskinin namizədliyini irəli sürüb. Fraksiya təklifi qəbul edib və cümə günü səsvermə keçiriləcək.

Qeyd edək ki, Arsen Avakov iyulun 13-də Ukrayna daxili işlər naziri rəhbəri vəzifəsindən istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...