Azərbaycan hərbi gücünə görə 64-cü yerdədir

Azərbaycan hərbi gücünə görə 64-cü yerdədir


“Global Firepower” hərbi gücünə görə dünya ölkələrinin növbəti reytinq siyahısını açıqlayıb

Bu barədə təşkilatın saytında bildirilib.

Azərbaycan 126 dövlət arasında 64-cü yerdədir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.

İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.

Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində 50-dən çox amil, o cümlədən hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastruktur miqyası nəzərə alınır. (report.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...