MSK seçkilərin nəticələrini yoxlayaraq yekun vuracaq

MSK seçkilərin nəticələrini yoxlayaraq yekun vuracaq


Bu həftə Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlayacaq və yekun vuracaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsiə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.

Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar bu müddət noyabrın 21-dək olan dövrü əhatə edir. Ötən müddət ərzində MSK və dairə seçki komissiyaları Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar dairələrdə seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, şikayətlərlə əlaqədar lider namizədlərin statusunu dəyişdirəcək qərar verilməyib. Buna görə də seçkinin ilkin nəticələrinə əsasən, müəyyənləşən lider namizədlər deputat statusu qazanacaqlar.

Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...