Fəzail Ağamalı: “...Ona qarşı müharibə aparmalıyıq”

Fəzail Ağamalı: “...Ona qarşı müharibə aparmalıyıq”


“Azərbaycanda gender bərabərliyi var. Qadınların hüquqları ilə bağlı həyata keçirilən hüquqi və mənəvi tədbirlər hər il daha da artır”.

AzNews.az xəbər verir ki, bu fikirləri Qadın Konsensus Mərkəzinin “Azərbaycanda qadınların siyasi iştirakçılığı” mövzusunda keçirdiyi tədbirdə millət vəkili Fəzail Ağamalı bildirib. Azərbaycanda tarix boyu qadınlarla kişilərin çiyin-çiyinə addımladığını xatırladan millət vəkili onu da qeyd edib ki, hətta qədim müharibələrdə belə qadınlarda kişilərlə birgə silaha sarılıb yad ellilərə qarşı vuruşublar.

Fəzail Ağamalı çıxışında qadınların daha çox erkən nikah problemi ilə üzləşdiklərini deyib: “Biz hamımız birlikdə erkən nigahların qarşısını almağa çalışmalıyıq. Qadınların ən böyük dəyəri onun ana olmasıdır. Amma Azərbaycan qadınları öncə təhsil almalı, maariflənməli, daha sonra ailə həyatı qurmalıdır. Bu səbəbdən biz erkən nikahlara qarşı mübarizə, yox müharibə aparmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...