"Azərbaycan-AŞPA münasibətində problem yoxdur" - Pedro Aqramunt

"Azərbaycan-AŞPA münasibətində problem yoxdur" -


Azərbaycan və Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ikitərəfli əməkdaşlığı dərinləşdirməlidirlər.

AzVision.az xəbər verir ki, bunu Trend-ə 2016-cı ilin yanvarından AŞ PA-ya rəhbərlik edəcək ispaniyalı diplomat Pedro Aqramunt deyib. Onun sözlərinə görə, Azərbaycan AŞ PA-nın bərabərhüquqlu üzvüdür: "Bizim qarşılıqlı münasibətlərimizdə heç bir problem yoxdur. Əməkdaşlığımızı daha da möhkəmləndirməyə çalışacağıq".

P.Aqramunt noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞ PA müşahidə missiyasının üzvü olub. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...