Araz Əlizadənin dairəsi sıfırlandı

Araz Əlizadənin dairəsi sıfırlandı


Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin elan olunması maraqla qarşılanmışdı.

“Qafqazinfo” xəbər verir ki, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6 protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının “protokollar” bölməsində sıfırlanıb. Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb. Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...