Baş nazirin müavini dərmanların qiyməti haqda açıqlama verdi

Baş nazirin müavini dərmanların qiyməti haqda açıqlama verdi

“Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə bu dəyişiklik təsdiq olunub:

“Növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək”.

Ə. Əhmədov vurğulayıb ki, bu texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: “Amma, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki, insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb, həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...