Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib

Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib

Tibetin dini lideri XIV Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib. "Report" NDTV-yə istinadən xəbər verir ki, bu haqda onun şəxsi katibi açıqlama yayıb.

Məlumata görə, 80 yaşlı Dalay-Lama Dehlidə şəxsi iqamətgahında istirahət edən zaman özünü narahat hiss edib. Onu dərhal xəstəxanaya aparıblar. Müayinədən sonra onun ağ ciyərlərində infeksiya aşkarlanıb. Qeyd olunub ki, o, bir neçə gün xəstəxanada qalacaq.

Qeyd edək ki, XIV Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...