Azərbaycan Türkiyədən ən çox silah alan ölkədir: Aldığımız məhsullar hansılardır?

Azərbaycan Türkiyədən ən çox silah alan ölkədir:

Türkiyə silah-sursat ixracatını son on ildə 170% artırıb. Mövzu ilə bağlı hesabat hazırlayan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırma (SIPRI) tədqiqatçılarından olan Piter Vezeman Türkiyənin silah ixracatı ilə bağlı detalları paylaşıb.

Ordu.az Türkiyənin “Axşam” qəzetinə istinadən xəbər verir ki, bu məlumatlara əsasən Türkiyədən ən çox silah ixrac edən ölkə Azərbaycandır.

Ölkəmiz Türkiyədən bu vaxta qədər 35 ədəd “Kobra”, 37 ədəd “Şorland”, 30 ədəd T-107 YARS, 40 ədəd T-122/300 YARS, 20 ədəd T-300 YARS, 108 ədəd TRG-300 “Kaplan” raketi, 25 ədəd SOM raketi əldə edib.
Sonrakı yerləri isə Bəhreyn, Banqladeş, BƏƏ, Burkina Faso, Filippin, Gürcüstan, Çernoqoriya, Qətər, Qazaxıstan, Kolumbiya, Kosova, Küveyt, Makedoniya, Malayziya, Mavritaniya, Misir, Özbəkistan, Pakistan, Ruanda və Rusiya tutur.

Türkiyənin ixrac etdiyi əsas məhsullar “Kobra”, zirehli transportyorlar, PUA-lar, zirehli döyüş vasitələri, bir neçə helikopter və gəmilərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...