“Həmin zavod ölmüş toyuq-cücəni çaya axıdır” – Deputat həyəcan təbili çaldı

“Həmin zavod ölmüş toyuq-cücəni çaya axıdır” –

“Bəzi yerlərdə satılan balıqlar ekoloji baxımından təmiz deyil. Çünki onların heç birinin mənşəyi bilinmir. Harda və necə saxlanılması ilə bağlı heç bir məlumat yoxdur”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat bildirib ki, Xəzər dənizində balıq tutmağa icazə verilmir.

“Əgər bu balıqlar Xəzər dənizindən tutulmursa, deməli yol qıraqlarında satılan balıqlar fərdi şəkildə yetişdirilən balıqlardır. Öncə bu yetişdirilən balıqları araşdıraq, görək hansının sertifikatı var?! Üstəlik yol kənarlarında satılan, günlərlə vannalarda saxlanılan və ekoloji baxımından təmiz olmayan balıqları insanlara, xüsusilə körpələrə yedizdirməyimiz nə dərəcədə doğrudur?!

Təbii, bu təhlükə hissə-hissə sıradan çıxarılmalıdır. Çünki Azərbaycan hər sahədə inkişaf edib. Bu sahədə də müəyyən addımlar atılmalı, insanlarımıza ekoloji baxımından təmiz ərzaqlar satılmalıdır”.

Cavanşir Paşazadə bildirib ki, çay kənarlarında mövcud olan zavodlar da çay sularını çirkləndirir.

Məsələn, məndə olan məlumata görə, bəzi çay kənarlarında cücə zavodları fəaliyyət göstərir. Həmin zavodun ölmüş toyuq-cücələri yaxınlıqdakı çaya axıdılır. Bu məsələlərə nəzarət güclənməlidir. Təbii ki, bəzi məhsulların istehsalı üçün müəyyən dərmanlardan istifadə olunur. Maşınlar, texnikalar işlədilir. Mazutlar çaylara axıdılır. Bu da təbii ki, təbiətə və insan sağlamlığına ziyan vuran məsələlərdir. Düşünürəm ki, bu qanunun işlədilməsi üçün buradan başlamaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...