Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır

Məhbus ailələrinə şad XƏBƏR -
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün ilk iclası keçiriləcək.

Bu barədə Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyevin sözlərinə görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Ə.Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

“Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...