Nazarbayev nazirləri tənqid etdi: “Qorxaqlar, əl-ayağınız əsir”

Nazarbayev nazirləri tənqid etdi:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə hökumət üzvlərini sərt tənqid atəşinə tutub.

BakuPost xəbər verir ki, dövlət başçısı hökuməti ölkədə müflisləşmə institusunun tətbiqi ilə bağlı qərar verməyi bacarmamaqda ittiham edib: "İqtisadiyyatı müflislərdən təmizləmədən normal inkişaf edə bilməyəcəyik. Hökumət də, banklar da daim büdrəyəcək. Müflisləşmə institutu bazar iqtisadiyyatlı ölkələrdə olduqca yayılmış haldır. Qərar verməli olanda əl-ayağınız əsir. Siz qorxaqsınız! Bəs onda niyə işləyirsiniz?".

Prezident bu məsələni həll etmək üçün Baş nazirə tapşırıq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...