Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim: "Onlar yadplanetli mənşəlidirlər"

Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim:

1970-ci illərdə ekspedisiya ilə Azərbaycanda "qar adamı" (yet) axtarışı ilə məşğul olan rusiyalı alim, kriptozoologiyanın əfsanəsi sayılan elmlər namizədi İqor Burtsev müəyyən edib ki, indiki Qazaxıstan ərazisində yetlər xüsusi şəraitdə yaşayırlar. Alimin sözlərinə görə, burada bəzi kəndlilər yetləri qidalandırır, hətta onları qoruyurlar.

“Report” xəbər verir ki, Beynəlxalq Qominologiya Mərkəzinin rəhbəri İ.Burtsev bunları "Express-k.kz" nəşrinə müsahibəsində deyib.

Hazırda 68 yaşı olan İ.Burnsev Sovet dönəmində "qar adamı" axtarışı ilə dünyanın yarısını gəzib.
SSRİ-də "qar adamı"nı ilk olaraq professor Boris Porşnev araşdımağa başlayıb. O, bu tip varlıqlara çox qədim qominoid adı verib. Professorun işini İ.Burtsev davam etdirib. 1965-ci ildə o, həyat yoldaşı ilə birgə Kabardin-Balkarda, 1970-ci ildə isə Azərbaycanda yet axtarışı üzrə ekspedisiyada iştirak edib. Ardınca Yəmən, Abxaziya, Tacikistan və ABŞ-a ekspedisiyalar təşkil olunub.

O, müsahibəsində Qazaxıstanda "qar adamları"nın yerli əhali ilə əlaqədə olduğunu bildirib:

"Məsələn, Qırğızıstanla sərhəddə yerləşən Jambıl vilayətində kənd var, orada yerli sakin müntəzəm olaraq yetlə görüşür. O, yeti qidalandırır. Talqarda da belə adamlar var".

Rusiyalı alim jurnalistin "onlar dərrakəlidirlərmi?" sualına isə belə cavab verib:

"Nəinki dərrakəlidirlər, hətta onların öz yazıları da var. Onlar Runik yazıları ilə ünsiyyət saxlayırlar. Bir də ağacdan qırdıqları budaqlarla bir-birlərinə mesaj ötürürlər. Kəndlilər onları "kiіk-adam" adlandırırlar, yəni sayqak-adam (antilop qrupuna mənsub ceyranaoxşar heyvan – red.). O həmin Talqarda sakinlərdən biri onların yazı qaydalarını mənimsəyib və "qar adamları" ilə runiklərin köməkliyi ilə yazışır".

İqor Burtsev söhbət əsnasında "qar adamları"nın mövcudluğuna dair əlində kifayət qədər dəlil və sübutların olduğunu diqqətə çatdırıb.
Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim:

Sonda jurnalistin "qar adamları" kimdirlər sualını alim bu cür cavablandırıb:

– Mənə elə gəlir ki, onların mənşəyi yadplanetlilərə gedib çıxır. Bu çox ciddi məsələdir. Mən yarım əsr bütün versiyaları araşdırdıqdan sonra bu qənaətə gəlmişəm.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...