Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var VİDEO

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.
Axtrışlar davam etdirilir

.
***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.
"Report"un Qərb bürosu xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.


Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...