Elmar Məmmədyarovun gülüş hədəfinə çevrilən çıxışı - Əslində nə demək istəyirdi? (VİDEO)

Elmar Məmmədyarovun gülüş hədəfinə çevrilən çıxışı -

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyənin İstanbul şəhərində gürcü və türk həmkarları ilə birgə mətbuat konfransındakı çıxışı sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib və ciddi tənqid olunub.

Unikal.org xəbər verir ki, Məmmədyarovun çıxış zamanı qurduğu cümlələr onun Azərbaycan dilini yaxşı bilməməsi faktını yenidən gündəmə gətirib.

Nazirin nitq zamanı qurduğu cümlələri təqdim edirik:

"İlk növbədə əlbəttə ki, mən öz adımdan, Azərbaycan xalqı adından, Azərbaycan rəhbərliyi adından Türk Cümhuriyyəti günü ilə sizi təbrik etmək istəyirəm, 95 illiyi ilə. Bu çox önəmli, əlamətli bir gündür. Enerji baxımından bildiyiniz kimi məsələn ən önəmli artıq bu boru Trans Anatoliya Tanap adlandıran bir borudu, o da birdəfəlik əgər biz söyləyək bu cənubi dəhlizin bir hissəsidir. Ümumiyyətlə xatırlatmaq istəyirəm ki, bir 10 il bundan öncə Bakı-Tblisi-Ceyhan neft borunu təqdim elədik, onun üstündə də indi qaz boruları o cümlədən TANAP adlandıran öz işini fəaliyyətini başlayıb. Keçən ay Türkiyədə Ulduz neftqayırma zavodun açılışını oldu, o da gətirdi ki, Azərbaycanın sarmayaları Türkiyəyə, yalnız Türkiyəyə 15 milyarda, ABŞ dollara yaxın oldu. Biz inanırıq ki, bu enerji layihələr ondan sonra da çox faydalı olacaq, həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də Türkiyə üçün və davamlı olaraq Trans Adriatic Pipeline 2020-də İtaliya bazarina da Azərbaycandan istehsal olunan qazı gətirə bilər”.

Nazirin çıxış zamanı demək istədiklərini təqdim edirik:

"İlk növbədə mən öz adımdan, eləcə də Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi adından sizi Türkiyə Cümhuriyyətinin 95 illiyi münasibətilə təbrik etmək istəyirəm. Bu çox önəmli, əlamətdar bir gündür. Bildiyiniz kimi enerji layihəsi baxımından ən önəmli borulardan biri Trans Anadolu qaz kəməri, yəni TANAP-dır və o da cənub qaz dəhlizinin bir hissəsidir. Xatırlatmaq istəyirəm ki, biz on il əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini təqdim etdik və onun üzərində də qaz boru layihələri, o cümlədən TANAP öz işinə başlayıb. Keçən ay Türkiyədə "STAR” neft emalı zavodunun açılışı oldu və bu da göstərdi ki, Azərbaycanın təkcə Türkiyəyə yatırdığı sərmayə 15 milyard ABŞ dollarına yaxındır. Biz inanırıq ki, bu enerji layihələri bundan sonra da davam edəcək və həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə üçün faydalı olacaq. Eləcə də TAP 2020-ci ildə İtaliya bazarına da Azərbaycanda istehsal olunan qazı çatdıra biləcək.”





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...