Azərbaycan bankından 20 milyon manat mənimsəyən bankir Moskvada həbs olundu

Azərbaycan bankından 20 milyon manat mənimsəyən bankir Moskvada həbs olundu

Azərbaycanın banklarından birindən on milyonlarla manat mənimsəməkdə ittiham olunan bankir Moskvada həbs edilib.

Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri , 60 yaşlı Vasili Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində saxlanılıb. O, Omsk vilayətinin sakinidir və həm Rusiyada federal axtarışda idi, həm də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə ittiham olunan bankirin barəsində həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Lakin Xamaza Rusiya vətəndaşıdır və onun bu ölkədə mühakimə ediləcəyi istisna deyil.

Vasili Xamaza “Nikoil Bank”a 2005-2017-ci illərdə başçılıq edib. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları 2017-ci ildə cinayət işi qaldırıb. Xamaza banka məxsus 20 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Lakin KİV-lər mənimsəmənin həcminin daha böyük ola biləcəyi haqda yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...