Sumqayıtda baş həkim işdən azad olundu, ölkəni tərk edərək Almaniyaya getdi

Sumqayıtda baş həkim işdən azad olundu,

Sumqayıtda baş həkim tutduğu vəzifədən azad olunub. Xeberle.com-un məlumatına görə, Sumqayıt şəhər 1 saylı poliklinikanın baş həkimi Mətanət İsmayılova tutduğu vəzifədən azad olunub. M. İsmayılovanın baş həkim postundan öz ərizəsinə əsasən azad edildiyi deyilir. Onun yerinə isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, M. İsmayılova həkim-anestezioloq Nadir Təkləvinin həyat yoldaşıdır. Məlumata görə, M. İsmayılovanın ölkəni tərk edərək Almaniyaya getdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...