Abdulla Gülə qarşı “soyqırım” təxribatı

Abdulla Gülə qarşı “soyqırım” təxribatı

Türkiyənin sabiq prezidenti Abdulla Gül Qətərin “Əş-Şark” qəzetinə müsahibəsində ərəb jurnalistin “erməni soyqırımı” ilə bağlı sualı cavablandırarkən “ümumi ağrı” ifadəsini işlədib. Müsahibəsində Gül vurğulayıb ki, həmin vaxt Osmanlı torpaqlarında müsəlmanlarla yanaşı, təbii ki, erməni vətəndaşlar olub.

Sabiq prezidentin sözlərinə görə, Birinci Dünya Müharibəsi zamanı ruslar erməniləri təxribata cəlb ediblər: “Anadoluda üsyan qaldırılan erməniləri hökumət başqa ərazilərə köçürüb. Lakin İstanbulda ermənilərə heç nə olmayıb. Onlar hətta həmin vaxt yüksək hökumət vəzifələrində işləyiblər, erməni kilsələr isə açıq olub. Təəssüflər olsun ki, köçürmə zamanı yüz minlərlə erməni böyük ağrı yaşayıblar. Kim olmasından asılı olmayaraq bu ağrı ümumidir. Müsəlman türklər də bu ağrını yaşayıblar”, - deyə Gül vurğulayıb. (azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...