“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”

“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”

“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: “Qondarma bir “soyqırım”ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...