İlham Əliyev bayramda iştirak etmək üçün Canaqqala şəhərindədir

İlham Əliyev bayramda iştirak etmək üçün Canaqqala şəhərindədir

Azərbaycan Prezidenti İlham Əliyev bayram tədbirlərində iştirak etmək üçün Çanaqqala şəhərinə səfərə gəlib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir. Türkiyədə bu gün Çanaqqala savaşında Qələbənin 100-cü ildönümü qeyd olunur.
I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər. Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...