Sülhəddin Əkbər qiyamçı diplomatı agent adlandırdı

Sülhəddin Əkbər qiyamçı diplomatı agent adlandırdı

Diplomat Arif Məmmədovun Azərbayacan hakimiyyətinə qarşı ünvanladığı bəyanat Qərblə Rusiya arasında başlanaıan geoplitik savaşın tərkib hissəsidir. O, Rusiya kəşfiyyatının ortaya atdığı adamdır.

Bunu moderator.az-a açıqlamasında ekspert Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Qərblə Rusiya arasında MDB, xüsusən də GUAM məkanında geopolitik savaş gedir:
“Bu savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Bu geosiyasi savaş getdikcə hərbi- siyasi vəziyyətin kəskinləşməsi fonunda xüsus xidmət orqanları aktivliyini daha da artırıblar. Azərbayacan uğrunda gizli savaş şiddətlənib. Xüsusi xidmət orqanlarının aktivliyi göz önündədir. Ona görə də Azərbayacanla Qərb arasında ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Ona görə də yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.”

Ekspert Arif Məmmədovun məlum bəyanatlarını da təsadüf hesab etmir:

“Bu tip kombinasiyalı oyunlar xüsusi xidmət orqanları tərəfindən ortaya atılacaq və artacaq. Bu tip əməliyyat oyunları getdikcə aktivləşdiyindən hadisələri təhlil etmək üçün ciddi təsdiq olunmuş informasiyalara ehtiyac var. O zaman daha dəqiq nəsə demək olar. İndiki məqamda isə bu cür məsələləri təhlil edib tələsik qərar verməyin o qədər də tərəfdarı deyiləm. Adı çəkilən diplomat Arıf Məmmədovun da keçmişi o qədər etribarlı deyil. Onu daha çox hipotetik olaraq rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyun hesab edirəm. Onlar A. Məmmədovu Qərbin axtardığı adamlardan biri olduğunu göstərmək mesaji veriyini düşünürəm. Necə deyərlər, bu Rusiaya xüsusi xidmət orqanlarının ABŞ, Qərb xüsusi xidmət orqanlarına qarşı başlatdlığı bir oyun olduğunu düşünürəm. Yəni bununla A. Məmmədovu dırnaqarası Azərbaycan hakimiyyətinə müxalif ola
biləcək perspektivli bir lider kimi göstərmək istəyirlər. Mən ilkin olaraq bu variantı araşdırmağın tərəfdarıyam.”

Xatırladaq ki, uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsindən sonra başlanan qalmaqal davam edir. Qeyd edək ki, Bakıda çoxsaylı insan tələfatı ilə nəticələn binada yanğın baş verdikdən sonra diplomat A. Məmmədov Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. Nəticədə o vəzifəsindən geri çağrılıb. Amma o Avropa ölkələrində sığınacaq almaq üçün hazırda Belçikadadır. A. Məmmdəov Avropa ölkələrində olduğu zaman Azərbaycandakı vəziyyətlə bağlı növbəti dəfə bəyanatla çıxış edib. O bəyantında deyib ki, XİN sistemində 20 ildən artıq işləmişəm:

“Bu nazirlikdə uzun illərdi dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz insan var. Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabırçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir. Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz. Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur. Azərbaycan XİN-in zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...