Türkiyə “Türk axını”nı inşa etməyəcək

Türkiyə “Türk axını”nı inşa etməyəcək

Türkiyə “Türk axını” qaz xəttinin inşasında iştirak etməyəcək. "Trend"-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
T.Yıldızın sözlərinə görə, tikinti başa çatdıqdan sonra Türkiyənin Rusiya-Türkiyə birgə şirkətinin həmtəsisatçısı olacağı gözlənilir. Şirkətin Edirne vilayətində boru xəttinin quruya çıxdığı yerdə yaradılması nəzərdə tutulur.


Virtualaz.org xatırladır ki, Rusiya qazını Türkiyədən Avropaya daşıyacaq “Türk Axını” boru xətti 2020-ci ildə tamamlanmalıdır. Boru xətti 910 kilometr uzunluğunda olacaq, bunun 660 kilometri Rusiya, 250 kilometri isə Türkiyə torpaqlarından keçəcək. Layihə ilə Avropaya 63 milyard kubmetr qaz daşınacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...