Yangında ölənlərdən 11-nin adı bəlli oldu SİYAHI

Yangında ölənlərdən 11-nin adı bəlli oldu

Kimliyi müəyyənləşdirilən digər şəxslər barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:30-da yayılıb)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.

Artıq onlardan 11-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı-qardaş - Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...