Kaliforniyada 5 milyon dollarlıq kokain müsadirə edilib

Kaliforniyada 5 milyon dollarlıq kokain müsadirə edilib

ABŞ-ın Kaliforniya ştatının Norko şəhərində polis 5 milyon dollar dəyərində kokaini müsadirə edib.

APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ştat rəhbərliyi məlumat yayıb. “Narkotik vasitələr qoşqusu olan yük maşınında yol polisi axtarış apararkən xüsusi itlər tərəfindən aşkarlanıb. Kokain qoşquda gizlədilib”,- deyə məlumatda bildirilir.
“Los Angeles Times”ın yaydığı məlumata görə, ümumi çəkisi 158 kq kokain xüsusi formada qablaşdırılıb. Yük maşınının kanadalı sürücüsü həbs olunub.


Müsadirə olunan narkotikin"qara bazar"da qiymətinin 5 milyon dollar olduğu bildirilir.

Xatırladaq ki, hadisə mayın 12-də baş verib. Lakin bu barədə 2 sutka sonra rəsmi məlumat yayılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...