“Satdığım “07”ni prezident olan kimi mənə 3 dəfə baha satmaq istədilər” - Medvedev

“Satdığım “07”ni prezident olan kimi mənə 3 dəfə baha satmaq istədilər” -
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli avtomobil sənayesinin məhsullarına sahib olmaq təcrübəsini xatırladıb. Cümə axşamı Telegram kanalında onun tvit yazmasına Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məmurların “Lada” avtomobilləri ilə təmin edilməsi ilə bağlı müzakirə səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“İlk maşınım ağ Jiquli – “Lada-2107” olub. 1995-ci ildə 5000 dollara “yağın içində” almışam (xarici valyuta ilə verirəm, məzənnəyə görə daha asandır). Böyük məbləğ idi, avtomobil pis deyildi”, – Medvedev yazıb – “İndi “Lada” bahalaşıb, dollar da artıq əvvəlki kimi deyil”.

Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, o, sonradan avtomobili “üç dəfə ucuz” qiymətə satıb.

“2008-ci ilin yayında Rusiya Federasiyasının prezidenti seçildikdən sonra mənə köhnə avtomobilimi 3 dəfə baha, 15.000 dollara geri almağı təklif etdilər. Bundan çox təəccübləndim. Avtomobil yenə əvvəlki görkəmində qalmışdı, dəyişməmişdi. Dəyişən isə satıcı üçün mənim kimliyim idi”, – Medvedev hekayənin təfərrüatlarını bölüşüb.
“Bütün məmurlar yalnız “Lada” almalıdır”, deyə o, gülərüz ifadəsi ilə yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...